Dünya çempionatına bürünc medalla başladıq
12.08.2011 - 08:59
Ukraynanın paytaxtı Kiyevdə keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyində ilk günün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvlərindən 4 çəki dərəcəsində eyni sayda idmançı tatamiyə çıxıb.
Cüdoçularımızdan yalnız Sadıq Məhərrəmov (50 kq) fəxri kürsüyə yüksəlməyi bacarıb. O, yarımfinalda İtaliya təmsilçisi Manzi Eliosa məğlub olsa da, təsəlliverici görüşdə qazaxıstanlı Jaksilik Mussurmanova qalib gələrək, bürünc medal qazanıb.
Digər cudoçularımız - İskəndər Talışınski (55 kq) 5-ci, Misrədi Gəncəli (50 kq) və Elbrus Zamanov (55 kq) isə 7-ci olub.
Qeyd edək ki, sabah yekunlaşacaq yarışda daha 11 idmançımız qüvvəsini sınayacaq

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0