Cüdoçularımız Universiadada çıxışlarını başa vurdular
16.08.2011 - 16:07
Avqustun 13-də Çinin Şenjen şəhərində start götürən Tələbələrin XXVI Yay Universiadasında cüdo üzrə Azərbaycan milli komandası çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, səfərə gənclərdən ibarət yığma komandanın məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında 5 idmançı ilə yollanan millinin sonuncu üzvü Rasim Əsədullayev (60 kq) də yarışı medalsız başa vurub.
O, qazaxıstanlı idmançı Bakdaulet Sabitova məğlub olaraq, mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Universiadada Azərbaycan yığmasında hələlik yeganə medal cüdoçumuz Rüstəm Alimlinin (81 kq) aktivindədir. O, yalnız finalda uduzaraq, ikinci olub. Alimlinin komanda yoldaşları Rüstəm Orucov (66kq), Ramin Qurbanov (90kq) və Emil Tahirov (+100kq) isə Əsədullayevin aqibətini yaşayıb.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0