Əli İsmayılov məşhurları vida döyüşünə gətirir
18.08.2011 - 13:15
Azərbaycan boksçusu Əli İsmayılov peşəkar karyerasını başa vurur. Bu barədə apasport.az saytına məlumatı idmançının özü verib.
Onun sözlərinə görə, karyerasını hansı sahədə davam etdirəcəyinə payızda aydınlıq gələcək. Hazırda istirahət edən İsmayılov vida görüşü də keçirmək fikrindədir: “Təbii ki, istəməzdim ki, məğlubiyyətlə karyeramı başa vuram. Bunun üçün vida görüşü keçirməyi planlaşdırıram. İnşallah bu döyüş yüksək səviyyədə olacaq. Çünki rinqdən qələbə ilə ayrılmaq istəyirəm. Vida görüşümün keçirilmə tarixi dəqiqləşməsə də, bunun dekabrda keçirilməsi nəzərdə tutulub. Bu zaman Bakıya məşhurların gəlişi mümkündür”.
İdmançı bildirib ki, rəqibi çox güman oktyabrda müəyyənləşəcək: “Son döyüşümdə tanınmış boksçuya gücümü göstərmək istəyirəm. Bunun üçün də hələ rəqibin adına aydınlıq gəlməyib. Bunun oktyabra kimi müəyyənləşməsi gözlənilir”.
Qeyd edək ki, İsmayılov peşəkar boksçu kimi keçirdiyi son 4 görüşü məğlubiyyətlə başa vurmuşdu.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0