Nazir milli komandamızdan peşəkarlıq gözləyir
18.08.2011 - 17:10
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov avqustun 23-dən 28-dək Fransanın paytaxtı Parisdə keçiriləcək London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı iştirak edəcək milli komandamızı qəbul edib. Apasport.az saytının məlumatına görə, ölkə rəhbərinin davamlı dəstəyi sayəsində Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu vurğulayan Ələkbərov dünya cüdo ailəsinin fəal üzvünə çevrilən milli cüdo məktəbinin parlaq qələbələr seriyasının yarışdan-yarışa uğurla davam etdirdiyini deyib.
O, tatami ustalarımızın Parisdə də əsl mübarizlik əzmi və peşəkarlıq nümayiş etdirərək ölkəmizin idman şərəfini bir daha yüksəldəcəklərinə, London Yay Olimpiya Oyunlarına lisenziya xallarının sayını artıracaqlarına əminliyini bildirib. Görüşdə cüdoçularımızın çempionatda iştirakı ilə bağlı təşkilati məsələlər ətaflı müzakirə olunub.
Qeyd edək ki, Parisdə Azərbaycanın idman şərəfini Ağayar Axundzadənin rəhbərliyi altında İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq),Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovaya (63 kq) qoruyacaqlar.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0