Bu da son!
12.09.2011 - 08:43
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda Azərbaycan qrossmeysterləri çıxışlarını vaxtından əvvəl yekunlaşdırıblar. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinə kimi irəliləyən Vüqar Həşimovun ardından Teymur Rəcəbov da bu mərhələni keçə bilməyib.
Belə ki, əsas oyunlarda ukraynalı Vasili İvançukla heç-heçə edən (1:1) millimizin üzvü tay-brekdə məğlubiyyətə üzülüb. O ilk görüşdə Olimpiya çempionu ilə xalları yarı bölsə də, ikinci qarşılaşmada şahını qoruya bilməyib. Nəticədə 0:5:1,5 hesabı ilə uduzan həmyerlimizin yarımfinal çıxmaq istəyi arzu olaraq qalıb.
Qeyd edək ki, Azərbaycan yığması Dünya kubokuna 5 şahmatçı ilə qatılmışdı. Onlardan Rauf Məmmədovla Namiq Quliyev 1/64, Şəhriyar Məmmədyarov isə 1/16 final mərhələsində uduzaraq, yarışı tərk etmişdilər.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0