Ramil Həsənov 5-ci çempionluğunu gerçəkləşdirdi - FOTO
13.09.2011 - 16:08
İtaliyanın Liqnano şəhərində keçirilən gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 23 idmançı ilə qatılan Azərbaycan milli komandası vətənə eyni sayda medalla qayıdıb.
Bu medallardan 4-ü qızıl, 7-si gümüş və 12-si bürüncdür. Liqnanodan həmyerlilərimizdən Ramil Həsənov (71 kq), Zaur Ramazanov (71 kq), Kamran Orucov (54 kq) və Ramiz Məmmədov (54 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu adına layiq görülüblər. WAKO-nun rəsmi məlumatına əsasən bu yarış tarixdə ən böyük turnir olub.
Qeyd edək ki, 35 ölkənin 1400-dən çox idmançının qatıldığı yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Həsənov bundan öncə 3 dəfə dünya, bir dəfə isə Avropa çempionu olub.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0