Fiqu adımızı çəkmədi
16.09.2011 - 21:37
Portuqaliya millisinin keçmiş kapitanı Luiş Fiqu Azərbaycan yığmasının da yer aldığı DÇ-2014-ün seçmə qrup mərhələsinin favoritini göstərib. Apasport.az saytının məlumatına görə, məşhur futbolçu bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qrupda ilk iki yeri tutmağa namizəd Portuqaliya və Rusiya yığmalarıdır.
“Rusiyanın Portuqaliya ilə oyunlarında problemi olacaq. Amma hesab edirəm ki, hər iki komanda özünü yaxşı tərəfdən göstərəcək. Onlar qrupun favoritidir” - deyə, Fiqu bildirib.
Xatırladaq ki, yığmamız DÇ-2014-ün seçmə qrup mərhələsində Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla mübarizə aparacaq.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0