Yığmamız Daşkənddən 3 medalla qayıdır
19.09.2011 - 09:41
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası Olimpiadaya lisenziya xalı verən yarışda 3 bürünc medala sahib olub.
Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Onlar bürünc medal uğrunda görüşdə müvafiq olaraq, Şərəfuddin Lutfillayev (Özbəkistan), Or Sasson (İsrail) və Yerjan Şinkeyevə (Qazaxıstan) qalib gəliblər. Tərlan Kərimov (66 kq) isə təsəlliverici döyüşdə uduzaraq, 5-ci olub.
Qeyd edək ki, Azərbaycan komanda hesabında 30 ölkə arasında 14-ci yeri tutub.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0