İtaliya yığması azarkeşsiz qaldı
20.09.2011 - 11:12
İtaliya millisi Avro-2012-nin Serbiya ilə səfərdəki seçmə oyununda azarkeş dəstəyindən məhrum olub. Apasport.az saytının məlumatına görə, appeninli tiffozilər gələn ay Serbiyada baş tutacaq qarşılaşmaya getməməyə qərar verib. Fanatlardan heç biri bilet almaq üçün sifariş verməyib. Bu üzdən də stadionda heç qonaq azarkeşlər üçün sektor da ayrılmayacaq.
Tiffozilərin bu addımı atması daha çox qorxu və çəkinməklə bağlıdır. Belə ki, ötən il Genuyada baş tutan qarşılaşma kütləvi iğtişaşla yadda qalmışdı. Həmin vaxt qalmaqal üzündən yarımçıq qalan görüşdə serbiyalılara 0:3 hesablı məğlubiyyət verilmişdi.
Qeyd edək ki, İtaliya yığması artıq Avro-2012-nin final mərhələsinə vəsiqəni təmin edib.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0