Ermənilər Bakıya helikopterlə gəlirlər
20.09.2011 - 15:39
Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək Ermənistan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, işğalçı ölkə London-2012-yə lisenziya verən yarışa 8-i boksçu olmaqla, 14 nəfərlik nümayəndə heyəti ilə gələcək.
Nümayəndə heyətinə Ermənistan Boks Federasiyasının prezidenti Derenik Qabrielyan rəhbərlik edəcək. Bakı rinqində isə baş məşqçi Rafael Meqrabyanın rəhbərliyi altında Oqanes Danielyan (49 kq), Oqanes Boçkov (56 kq), Vladimir Saruxanyan (60 kq), Qraçik Cavaxyan (64 kq), Samvel Metevosyan (69 kq), Andranik Akopyan (75 kq), Artur Xaçaturyan (81 kq) və Armen Simonyan (+91) qüvvələrini sınayacaqlar.
Bakıya səfər öncəsi yerli mətbuata açıqlamasında Meqrabyan iddialı danışıb: “Bu, dünya çempionatıdır. Bakıda qalib gəlmək bizim üçün çox vacibdir. Bütün boksçularımız psixoloji cəhətdən yarışa hazırdırlar. Harada çıxış etməyimizin isə fərqi yoxdur. Rinq, rinq olaraq qalır və hər dəfə qələbə uğrunda mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, ermənilər Bakıya Tbilisidən helikopterlə gələcəklər.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0