“Yaxın günlərdə bilmişəm ki, Sumqayıtın futbol komandası var”
24.11.2011 - 00:02
“Futbolla maraqlanıram. Hərdən boş vaxtımız olanda, uşaqlarla öz aramızda oynayırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov deyib.
Azərbaycanın ən güclü zəka sahiblərindən hesab edilən Məmmədyarov beynəlxalq yarışlardan sonra boş vaxt tapan kimi futbol oynadığını deyib. O, “idmanın şahı” ilə yaxından maraqlandığını desə də, Sumqayıtın Premyer Liqada təmsilçisinin olmasından yaxın günlərdə xəbər tutub: “Yaxın günlərdə bilmişəm ki, Sumqayıtın futbol komandası var. Əvvəllər bu şəhər güclü futbolçuları və komandası ilə öyünürdü. Sonradan komandalar dağıldı, bir müddət Sumqayıt futbolsuz qaldı. Bu gün “Sumqayıt Şəhər”in olması sevindirici haldır”.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0