Valentin Xristov: Bu rekordları vacib saymıram - MÜSAHİBƏ
12.04.2012 - 14:04
Azərbaycan yığmasının üzvü Valentin Xristov (56 kq) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, hazırda Antalyada davam edən Avropa çempionatında qızıl medal qazanan və gənclər arasında 3 qitə rekordu müəyyənləşdirən gənc atlet bu uğurun sirlərindən danışıb.
- Avropa çempionu oldunuz. Təəssüratların necədir?
- Hər şey çox gözəldir. Avropa çempionu adını qazanmaq çox gözəl hissdir. Buna nail olduğuma görə çox şadam. Qələbə üçün möhkəm çalışmış, yarışa ciddi hazırlaşmışdım. Əməyimin bəhrəsini gördüm.
- Qızıl medalları qazanmaqla yanaşı, həm də gənclər arasında 3 Avropa rekordunu yenilədiniz...
- Bu rekordları vacib saymıram. Hədəfim gənclər yox, böyüklər arasında dünya və Avropa rekordlarını yeniləməkdir. Hələ gəncəm. Yetərincə gücüm və zamanım var. Çalışıb, bunu da edəcəyəm.
- Çempionluğunda kimə borclusuz?
- Biz bir ailəyik. Azərbaycan Ağır Atletika Federasiyasında mənə olan münasibətdən çox razıyam. Prezidentimiz Cahangir Əsgərova, icraçı direktorumuz İsgəndər Əsgərov və məşqçim Zlatan Vanevə dəstəklərinə görə təşəkkür edirəm.
- Azərbaycan xalqına demək istədiyin bir söz varmı?
- Çox sağ olsunlar. Azərbaycan xalqına dərin minnətdarlığımı bildirir, onlara təşəkkür edirəm.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0