London-2012-yə daha bir lisenziya qazandıq
15.04.2012 - 15:52
Ağır atletika üzrə Azərbaycan milli komandası 2012-ci il London Olimpiadasına daha bir lisenziyanı təmin edib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən qadın atletlərimiz bu uğura imza atıblar.
Lisenziya yarışında bütün rəqiblərini üstələyən yığmamız komanda hesabında 1-ci pilləni tutaraq, Londona 1 bilet sifariş veriblər. Bu isə ağırlıqqaldıranlarımızın Olimpiadaya ümumilikdə 6-cı lisenziyası olub. Ötən ilin noyabr ayında Fransanın Paris şəhərində keçirilən dünya çempionatında kişilərdən ibarət ağır atletika yığmamız London Olimpiadasına 5 vəsiqə qazanmışdı.
Antalyada yığmamızın heyətində Boyanka Kostova (58 kq) qızıl, Silviya Angelova (48 kq) və Yuliya Dovqal (+75 kq) bürünc medala yiyələniblər. Daha bir idmançımız – Alyona Kiriyenko 69 kq çəki dərəcəsində ümumi hesabda 9-cu olub. Yarışda kişilərdən ibarət millimiz 2 qızıl medal qazansa da, reqlamentə əsasən çempionat bizim üçün lisenziya xarakteri daşımayıb.
Beləliklə, yığmamızın London-2012-də lisenziyalarının sayı 31-ə çatıb.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0