İsayev yenə bərabər mübarizədə uduzdu
17.04.2012 - 21:43
Elvin İsayev Trabzonda keçirilən Avropa Olimpiya təsnifat turnirində mübarizəni dayandırıb. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, milli komandamızın üzvü ötən il Ankarada keçirilən Avropa çempionatında olduğu kimi yenə də Türkiyə idmançısı Fatih Keleşə uduzub.
İlk raunddan sonra hakimlər hər iki boksçuya eyni xal veriblər – 5:5. İkinci hissədə Keleşin 2 xal fərqlə önə keçməsi döyüşün taleyini həll edib. Nəticədə qarşılaşma yerli idmançının 18:16 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, həmyerlimiz ilk görüşdə rumıniyalı Aleksandru Çuçerianuya qalib gəlmişdi.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0