Avro-2012 ərəfəsində qalmaqal: Orda gözəl qadınlar var
25.04.2012 - 13:49
Futbol üzrə Avropa çempionatının final mərhələsinin startına az qalmış Hollandiya və Ukrayna arasında qalmaqal yaşanır. Apasport.az saytının məlumatına görə, buna Hollandiya televiziya kanallarında nümayiş olunan reklam çarxları səbəb olub. Belə ki, həmin çarxda hollandiyalı futbol azarkeşlərinə müraciət edilərək Ukraynaya getməmək tövsiyə olunur. Daha çox xanımlara xəbərdarlıq daşıyan bu reklamda həyat yoldaşlarını qitə çempionatına buraxmamaq məsləhət görülür. Buna səbəb isə Ukraynada gözəl qadınların çox olması göstərilir.
Final mərhələsini Polşa ilə birlikdə təşkil edən Ukrayna tərəfi isə artıq neçə gündür televiziyada nümayiş olunan reklamlara münasibət bildirib. Ölkənin Hollandiyadakı səfiri yerli futbol federasiyası ilə görüşüb müzakirələr aparıb. Ukraynanın xarici İşlər Nazirliyi isə reklamın kanallardan yığışdırılmasını tələb edir.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0