Yığmamız “Prezident kuboku”nda ardıcıl 2-ci qələbəsini qazandı
29.04.2012 - 15:59
Azərbaycanın 17 yaşadək yığma komandası Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, türkiyəli həmyaşıdları ilə görüşən yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan Qolları Elnur Cəfərov və Mahir Mədətov vurub.
Yığmamız turnirdə aprelin 28-də keçirdiyi ilk oyunda Gürcüstana 1:0 hesabı ilə qalib gəlmişdi. Millimiz qrupda son oyununu mayın 1-də, Bakı vaxtı ilə saat 12:00-da İranla keçirəcək.
Yığmamız turnirdə aprelin 28-də keçirdiyi ilk oyunda Gürcüstana 1:0 hesabı ilə qalib gəlmişdi. Millimiz qrupda son oyununu mayın 1-də, Bakı vaxtı ilə saat 12:00-da İranla keçirəcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0