Hollandiya Avro-2012-ni boykot edir
02.05.2012 - 16:40
Hollandiya hökuməti 2012-ci il Ukrayna və Polşada keçiriləcək Avropa çempionatını boykot etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, Ukrayna hökuməti sabiq baş nazir Yuliya Timoişenkonun həbsxanada saxlanma şəraitini yaxşılaşdırmasa, Niderland hökuməti və kral ailəsi boykotu reallaşdıracaq.
Hollandiyanın xarici işlər naziri Uri Rozental bildirib ki, Timoşenko və digər məhbusların məhkəməsi və həbsdə saxlanma şəraiti beynəlxalq standartlara uyğun olmalıdır. Əgər boykot barədə qərar qəbul edilsə, bu, Xarkovda Danimarka, Almaniya və Portuqaliya ilə çempionatın qrup mərhələsinin oyunlarını keçirəcək Hollandiya yığmasına şamil edilməyəcək. Nazir həmçinin Yuliya Timoşenkonun cinayət təqibinin AŞPA və ATƏT-də müzakirə olunmasının təklif edib.
Xatırladaq ki, Çexiya prezidenti Vatslav Klaus Yuliya Timoşenkoya həbsxanada işgəncə verilməsi faktına etiraz olaraq mayın 11-12-də Yaltada keçiriləcək Mərkəzi Avropa ölkələri dövlət başçılarının sammitinə qatılmaqdan imtina edib. Almaniya mətbuatı Yuliya Timoşenko azadlığa çıxmayacağı təqdirdə Avropa çempionatını izləmək üçün Ukraynaya getməyəcəyini yazıb. Eyni bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da çıxış edib.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0