9 ölkənin millisi Azərbaycana gəlir
03.05.2012 - 14:31
Mayın 12-13-də Bakıda sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcəklər.
Yarışın proqramına əsasən, mayın 11-də püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar iki yarımqrupda mübarizə aparacaq. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə 3-cü yer uğrunda görüşəcək.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14.30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14.00-da keçiriləcək.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0