Dünya Kubokunda növbəti uğursuzluq
08.05.2012 - 08:34
İtaliyanın Lonato şəhərində stend atıcılığı üzrə keçirilən Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının heyətində turnirin son günü hədəf önünə keçən Emin Cəfərov da ümidləri doğrultmayıb.
Skit növündə yarışan həmyerlimiz 113 xalla 47-ci yeri tutub. Qalib adına isə 147 xalla kiprli Georgios Açilleos layiq görülüb.
Qeyd edək ki, Cəfərovdan öncə Elvin İsmayılov və Zemfira Meftahətdinova da mükafatçılar sırasına düşə bilməmişdi.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0