Olimpiada ardınca Olimpiada
08.05.2012 - 09:12
Kişi və qadınlar arasında Türkiyənin İstanbul şəhərində keçiriləcək şahmat olimpiadasının tarixi və proqramı məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandalarının da qatılacağı yarış avqustun 27-də başlayıb, sentyabrın 9-da başa çatacaq.
Turnirin I turuna avqustun 28-də start veriləcək. Yarışda sentyabrın 2-si və 8-i istirahət günləri olacaq. Qaliblər isə həmişəki kimi XI turun yekununa əsasən müəyyənləşəcək.
Qeyd edək ki, şahmat üzrə Olimpiada London Yay Olimpiya Oyunlarından 15 gün sonra başlayacaq. Dünyanın ən möhtəşəm yarışı isə iyulun 27-də start götürəcək və 15 gün davam edəcək.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0