2 pillə irəli
08.05.2012 - 23:07
Beynəlxalq Qılıncoynatma Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, yaxınlarda İtaliyada keçirilən dünya kubokunda uğurla çıxış edərək, London Olimpiadasına lisenziya qazanan yeganə sablyaçımız Səbinə Mikina həm də aktivindəki xalların sayını 80-ə çatdırmaqla, 2 pillə irəliləyərək 16-cı olub.
Hazırda Səbinəni cəmi bir xalla amerikalı İttihac Muhammed qabaqlayır. Səbinə özü də ən yaxın izləyicisi olan ukraynalı Olqa Jovniri cəmi 1 xal üstələyir.
Xatırladaq ki, beynəlxalq federasiyanın qaydalarına əsasən, reytinq cədvəlində ilk "16-lıq"da yer alan sablyaçıların dünya kubokunun mərhələ yarışına qruplardan deyil, birbaşa pley-off mərhəlsində qatılmaq hüququ var. Təkcə bu mərhələdə iştiraka görəsə idmançı 2 xal qazanır.
Digər sablyaçılarımıza gəlincə, aktivində 36 xalı olan Aidə Ələsgərova reytinq cədvəlində 39-cu, Sevil Bünyatova 10 xalla 109-cu, Sevinc Bünyatova isə 6 xalla 152-ci pillədə qərar tutub.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0