Kasilyas AVRO-2012-nin final oyununun topunu təqdim etdi
12.05.2012 - 14:01
2012-ci Avropa çempionatının final matçında oynanılacaq top rəsmən təqdim olunub. Apasport.az saytının məlumatına görə, bunu son Avropa çempionatının kapitanı İker Kasilyas edib. Madrid “Real”ının da kapitanı olan təcrübəli qapıçı Madriddə keçirilən təqdimat mərasimində topu nümayiş etdirib.
Dünyaca məşhur “Adidas” firmasının istehsal etdiyi “Tango 12 Finale” topu yeni dizaynda hazırlanıb. Bu, ötən əsrin 80-ci illərində keçirilən dünya və Avropa çempionatının final mərhələsində oynanılan topun seriyasındandır və klassik elementləri özündə birləşdirir. Yeni topda xüsusi qrafik elementlər var ki, bu da meydan sahibləri olan ölkələri Polşa və Ukraynanı, habelə futbolun həlledici xarakteristikalarını – birlik, rəqabət aparmaq və ehtirası özündə birləşdirir.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0