Yığmamız üçün eyni reytinq
14.05.2012 - 16:46
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən Qran-prinin yekunlarına əsasən açıqlanan siyahıda Azərbaycan milli komandasının aparıcı cüdoçuları mövqelərini qorumağı bacarıblar.
Belə ki, London-2012-də yığmamızın heyətində yer alacağı gözlənilən idmançılarımızdan İlqar Müşkiyev (60 kq) 9-cu, Tərlan Kərimov (66 kq) 15-ci, Rüstəm Orucov (73 kq) 56-cı, Elnur Məmmədli 3-cü, Elxan Rəcəbli (hər ikisi 81 kq) 27-ci, Elxan Məmmədov (90 kq) 11-ci, Elmar Qasımov (100 kq) 30-cu, Kifayət Qasımova (57 kq) 12-ci və Ramilə Yusubova (63 kq) 15-cidir.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq bugünlərdə açıqlayacaq.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0