Avro-2012-yə görə toyunu təxirə saldı
18.05.2012 - 11:12
Millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının futbolçusu Migel Lopeş futbolu toyundan üstün tutub. Apasport.az saytının məlumatına görə, “Braqa”nın müdafiəçisi millisinin Avro-2012 üçün 23 nəfərlik iştirak ərizəsinə düşməyəcəyini fikirləşərək, toyunu mayın 26-na təyin edibmiş.
Ancaq Migelin adı siyahıda olandan sonra futbolçu çətin vəziyyətdə qalıb. Belə ki, Portuqaliya millisi final mərhələsinə hazırlıq məqsədilə hazırlığa başlayaraq, mayın 26-da Makedoniya ilə yoldaşlıq görüşünə çıxacaq. Buna görə də məsul turnirə subay yollanmalı olacaq müdafiəçi toyunu yarışdan sonraya təxirə salıb.

0
0