London-2012-yə lisenziya üçün daha 2 şans
18.05.2012 - 12:09
Mayın 20-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatası (Final Olympic Qualification Regatta) start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan 2 qayıqda 4 avarçəkənlə təmsil olunacaq.
Ötən ilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) London olimpiadasına vəsiqəni təmin etmiş Aleksandr Aleksandrov bu dəfə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizəyə qoşulacaq. 22 yaşlı Aleksandrov 16 yaşlı vunderkind Boris Yotovla birgə 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bundan başqa, qadınların yarışında Viktoriya Nençeva – İskra Angelova dueti 2 nəfərlik təkavarlı (W2-) qayıqla eyni məsafəni qət edəcək.
Aleksandrov – Yotov duetinin yer aldığı qayıq tipində daha 13, Nençeva – Angelova duetinə isə daha 8 ölkəni təmsil edən cütlük rəqib olacaq. Kişilərin yarışında 14 cütlük 3 yarımqrupa (5+5+4), qadınların mübarizəsində isə 9 cütlük 2 yarımqrupa (5+4) bölünəcəklər.
Qadınların mübarizəsində yarımqrupların hər birində ilk 2 yeri tutanlar birbaşa finala, sonrakı pillələrin sahibləri təsəlli yürüşünə çıxacaqlar. Təsəlli yürüşündə də ilk 2 yerin sahibləri finala yüksələcəklər. Mayın 22-də baş tutacaq həlledici yürüşdə yenə ilk 2 yeri tutanlar London olimpiadasına lisenziya qazanacaqlar.
Kişilərin mübarizəsində seçmə mərhələdə hər yarımqrupda ilk 3 yeri tutanlar birbaşa yarımfinala, sonrakı pillələrin sahibləri isə təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşündə ilk 3 yeri tutanlar da yarımfinala çıxacaq. Mayın 22-də 12 duet hər birində 6 cütlük olmaqla, daha 2 yarımqrupa bölünəcək. Yarımfinalda onların hər birində ilk 3 yeri tutanlar finala adlayacaqlar. Beləliklə, mayın 23-də 6 cütlüyün iştirakı ilə final yürüşü baş tutacaq. Həlledici yürüşdə ilk 2 yeri tutanlar London olimpiadasına lisenziya əldə edəcəklər.
Qeyd edək ki, artıq ölkəmiz akademik avarçəkmə növündə 2 lisenziyaya malikdir. Ötənilki dünya çempionatında Aleksandr Aleksandrovdan əlavə, qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) yürüşdə Nataliya Mustafayeva bu hüquqa yiyələnib.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0