Yenə medal olmadı
19.05.2012 - 11:00
İtaliyanın Milan şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə mükafatçılar sırasına düşə bilməyən Azərbaycan milli komandasının üzvlərindən İradə Aşumovanın ikinci cəhdi də uğursuz alınıb.
Belə ki, London-2012-də yığmamızın heyətində yer alacaq baş məşqçi bu dəfə 25 m məsafəyə atəşaçmada gücünü yoxlayıb. Yekunda 578 xal toplayan həmyerlimiz 20-ci yeri tutub. Bundan öncə isə o, 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada hədəf önünə çıxmışdı və 44-cü olmuşdu.
Aşumovadan fərqli, Ruslan Lunyov yarışda hələ çıxışını davam etdirir. İlk cəhdində 63-cü yerdə (10 m) qərarlaşan həmyerlimiz 25 m məsafəyə atəşaçmada da nəyə qadir olduğunu yoxlayacaq.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0