Boksçumuz dünya çempionatında gümüş medal qazandı
19.05.2012 - 13:16
Çinin Quançjou şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın son günündə - finalda Azərbaycan yığmasının üzvü Yelena Vıstropova (75 kq) ingiltərəli Savanna Marşallla qarşılaşıb.
Döyüşün 3 raundunda heç-heçə qeydə alınsa da (3:3, 6:6, 4:4), bu gün 21 yaşını qeyd edən rəqib ikinci raunddakı üstünlük (4:2) sayəsində 17:15 hesabı ilə qələbə qazanıb. Vıstropova isə gümüş medalla kifayətlənib.
Qeyd edək ki, boksçumuz finala yüksəlməklə London-2012-yə lisenziyaya sahib olmuşdu.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0