Nataliya Mustafayeva bu dəfə mükafatsız qaldı
27.05.2012 - 23:00
İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycanı təmsil edən Nataliya Mustafayeva bu dəfə mükafatçılar sırasına düşə bilməyib.
Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) 2000 metr məsafəyə yürüşün finalında o, 4-cü yeri tutub. Finişə 7 dəqiqə 27:28 saniyəyə çatan avarçəkənimiz çinli Siuyun Çanq (7:25.49), avstraliyalı Kim Krou (7:26.42) və çexiyalı Mirka Knapkovadan (7:26.91) geri qalıb. Əvəzində təmsilçimiz yeni zelandiyalı Emma Tviqq (7:40.79) və rusiyalı İlya Levinanı (7:44.88) geridə qoyub.
Qeyd edək ki, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb. O, həmin yarışda Siuyun Çanq və Mirka Knapkovadan geri qalıb.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0