“Rabitə”nin yeni transferi Useyn Boltla bir arada
06.06.2012 - 13:34
Fransanın “Kemper 29” klubunun voleybolçusu Madlen Audoynaud kumirlərinin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı libero “Rabitə”nin yeni transferi Aleksandra Fominanın heyranı və onun ən güclü olduğunu deyib.
176 sm boya malik Audoynaudun kumirləri sırasında dünyanın ən güclü sprinteri Useyn Bolt da yer alıb: “Həndbolçu Nikola Karabatiçdən sevdiklərimdəndir. O, Fransa yığmasında çıxış edir”.
Madlen “Rabitə”nin voleybolçusuna olan sevgisini belə izah edib: “O, son 10 ili möhtəşəm klub olan “Kann”da çıxış edib. Fomina böyük və dahi idmançıdır”.
Qeyd edək ki, Azərbaycan çempionu Aleksandra ilə yenicə anlaşıb və o, növbəti 1 ildə “Rabitə”nin şərəfini qoruyacaq. O, 6 dəfə Ukrayna, 11 dəfə Fransa çempionatının və eyni sayda kubokunun sahibidir. 2 dəfə Çempionlar Liqasının qalib olan (2002, 2003) Fomina eyni sayda bu yarışın finalında uduzub (2006, 2012). O, həmçinin CEV kubokunun da gümüş mükafatçısıdır (1999). Ukrayna millisində 380-dan çox oyuna çıxıb.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0