Avropa çempionatının açılış matçı mühəndisə tapşırıldı
06.06.2012 - 17:16
Futbol üzrə 2012-ci il Avropa çempionatında ilk 2 günün hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, iyunun 8-də Polşa və Yunanıstan arasında keçiriləcək açılış oyununa baş hakim qismində ispaniyalı Karlos Velasko Karbalyo təyinat alıb. Polşanın paytaxtı Varşavadakı Milli stadionda baş tutacaq görüşün startı Bakı vaxtı ilə saat 21:00-da veriləcək. Madridli mühəndis üçün bu, son 13 ayda ikinci nüfuzlu təyinat olacaq. Əvvəllər ona İrlandiyanın paytaxtı Dublində Portuqaliyanın “Portu” və “Braqa” komandaları arasında keçirilmiş Avropa Liqasının final matçı həvalə olunub.
A qrupunun Rusiya və Çexiya arasında Vrotslav şəhərindəki “Meyski” stadionunda keçiriləcək digər matçını ingiltərəli referi Hovard Uebb idarə edəcək. Görüş saat 23:45-də başlanacaq.
İyunun 9-da B qrupunda ilk turun qarşılaşmaları oynanılacaq. Saat 21:00-da başlanacaq Hollandiya – Danimarka matçına sloveniyalı baş hakim Damir Skomina təyinat alıb. Qarşılaşma Ukraynanın Xarkov şəhərindəki “Metallist” stadionunda olacaq. Bu qrupun Almaniya – Portuqaliya oyununa isə fransalı referi Stefan Lannua təyinat alıb. Ukraynanın Lvov şəhərindəki eyni arenada keçiriləcək qarşılaşmaya saat 23:45-də start veriləcək.
Qeyd edək ki, digər oyunların baş hakimləri matçların başlanmasına 2 gün qalmış Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq. Ümumilikdə 31 matçı 12 referi idarə edəcək. Onların arasında Cüneyt Çakırın başçılıq etdiyi türkiyəli hakimlər briqadası da var.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0