Yoahim Löv: Portuqaliya dünyada ən texnikalı yığmalardan biridir
08.06.2012 - 12:45
“Mənim üçüm Portuqaliya millisi dünyada ən texnikalı yığmalardan biridir. Buna görə də çətin oyun gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib. Bu gün start götürəcək AVRO-2012-nin əsas favoritlərindən olan Bundestim sabah qrupda ilk oyununu dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya yığması ilə keçirəcək.
Lövun fikrincə, rəqib nə qədər güclü olsa da, qalib gəlmələri mümkündür: “Hər 2 komanda qarşıdakı oyuna yaxşı formada yaxınlaşıb. İstənilən komanda qalib gələ bilər”.
Təcrübəli çalışdırıcı ən böyük mübarizə obyektinə çevrilən kapitanın Filipp Lamın hansı mövqedə oynayacağına da aydınlıq gətirib. Belə ki, müdafiənin hər 2 cinahında çıxış edə bilən Lam “Bavariya”da sağda, yığmada solda oynayır: “Filip müdafiənin solunda oynayacaq. Müdafiənin sağında Cerom Boatenq yer ala bilər. Ancaq Lars Bender də məşqlərdə özünü çox yaxşı göstərdi. Hərçənd o, yarımmüdafiəçidir. Larsın müdafiənin sağ cinahında necə oynamağı xoşuma gəlir”.
Qeyd edək ki, Almaniya - Portuqaliya oyunu sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq.

- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0