AVRO-2012: Polşada ilk qalmaqal
08.06.2012 - 23:03
Avro-2012-nin iştirakçısı olan Hollandiya millisinin Polşanın Krakov şəhərində keçirilən məşqində qalmaqal baş verib. Apasport.az saytının xəbərinə görə, 25 min nəfərin izlədiyi açıq məşqdə millinin futbolçularından Qreqori van der Vil və Neycel de Yonq bir qrup polşalı azarkeş tərəfindən irqçi şüarlarla təhqir olunub.
Bundan sonra Hollandiya yığmasının kapitanı Mark van Bommel komandanı meydançanın digər hissəsində məşq etməyə çağırıb: "Azarkeşlərin bu hərəkəti biabirçılıqdı. Biz UEFA-ya şikayət edəcəyik. Əgər eyni hal oyunda da təkrarlansa, o zaman hakimdən komandaları meydandan çıxarmağı xahiş edəcəyik".

- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0