Dik Advokat: Çexiya yığmasına daha çox qol vura bilərdik
09.06.2012 - 09:25
“Əla oyun oldu. Əgər çexlərə 4 qol vurursansa, deməli, əla iş görmüsən. Biz daha çox qol vura bilərdik. Qolların reallaşdırılmağı üzərində hələ işləməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan ruslar Avropa çempionatının final mərhələsinə inamlı start götürdü. Belə ki, şimal qonşularımız Çexiyaya 4:1 hesabı ilə qalib gəldi.
Advokat oyuna elə də yaxşı başlamamaqlarını qəbul edir: “Həqiqətən ilk 10 dəqiqədə asanlıqla təşəbbüsü verirdik. Futbolçular elə də kəskin oynamırdılar. Rəqibə qarşı çox pressinq etmək lazım idi. İlk qoldan sonra oyuna nəzarəti ələ aldıq. Mən kapitanımız Andrey Arşavinlə olduğu kimi, bütün komandadan çox razı idim. İlk oyunda qalib gəlməyimiz vacib idi. Ancaq mükafatları turnirin sonunda verirlər, əvvəlində yox”.
Hollandiyalı mütəxəssis növbəti turda meydan sahibləri Polşa ilə matçda da qalib gəlmək iddiasındadır: “Yenə fantastik stadionda oynayacağıq. Ancaq hələ ki polşalıların oyununu görməmişəm. Həmin matçda da Andrey Kerjakovu start heyətində meydana buraxacağam. O, əla futbol oynadı. Sadəcə, qol vura bilmədi. Əvəzində çoxlu hərəkət etdi, açıldı, zərbə vurdu...Çox faydalı oynadı”.

- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0