Slaven Biliç: Məni axmaq adlandıra bilərsiniz, ancaq...
09.06.2012 - 14:27
“Əlbəttə, biz İspaniya yığması ilə 10 oyun keçirsək, bunun 9-da rəqib qalib gələcək. Sən həmişə topa nəzarət etmək istəyirsən, ancaq ona həmişə ispanlar nəzarət edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç deyib. Avropa çempionatına sabah İrlandiya yığması ilə oyunla başlayacaq xorvatların çalışdırıcısı uğurlu start gözləyir.
Biliç qruplarının lideri son Avropa çempionu İspaniya yığmasını sayır: “Bu yığma bizi qat-qat üstələyir. Ancaq buna baxmayaraq, ümid edirik ki, onunla ən uğurlu oyunumuz elə bu Avropa çempionatında olacaq. Onu deyə bilərəm ki, ispanlarla oynadığımıza görə komandamızın sıralarında təşviş yoxdur”.
Yığmasının turnirdəki perspektivinə toxunan xorvatiyalı mütəxəssis çox iddialı danışıb: “Siz məni axmaq adlandıra bilərsiniz, ancaq mən həqiqətən hesab edirəm ki, milli komandamız finala kimi irəliləmək gücündədir. Avropa çempionatında kağızda güclü olan komandalar olacaq. Elələri də var ki, zəifdirlər, ancaq bu da sənəd üzədindədir. Finala kimi cəmi 5 oyun var. Fikrimcə, əgər hər ayrı matçda motivasiya ilə bağlı problemimiz olmasaq, bu yolu keçmək gücündəyik”.

- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0