Çempion xal itirdi, Xorvatiya lider oldu - YENİLƏNİB
11.06.2012 - 00:38
AVRO-2012-də C qrupunda mübarizəyə start verilib. Apasport.az saytının məlumatına görə, son Avropa və dünya çempionu İspaniya milli komandasının yer aldığı qrupun ilk oyununda meydana elə Visente del Boskenin yetirmələri çıxıb.
4 il əvvəl Luis Araqoneslə qazandığı qitə birincisi titulunu qorumağa çalışan pireneylilər ilk matçda Avropanın digər nəhəngi İtaliya ilə üz-üzə gəlib. Bu matç son 2 dünya çempionunun dueli olub ki, burada da qalib müəyyənləşməyib. 2006-cı ildə planetin ən yaxşısı olan Apennin təmsilçisinin hesabı açdığı oyunda 2 il əvvəl həmin adı əldə edən ispaniyalılar bərabərlik qolunu vura bilib.
Qrupun favoritlərinin ardınca isə İrlandiya və Xorvatiya yığmaları meydana çıxıb. Xorvatiyalılar bu dəfəki yarışın ən erkən qolunu vurmaqla 3-cü dəqiqədə hesabı açıb. Britaniyalılar hesabda tarazlıq yaratmağa müvəffəq olsa da xorvatiyalılar qalib gələrək hesabına 3 xal yazmağı bacarıb.
10 iyun
AVRO-2012
Final mərhələsi
I tur
C qrupu
İSPANİYA - İTALİYA - 1:1
QOLLAR: Fabreqas, 64 - di Natale, 61
Baş hakim: Viktor Kassai (Macarıstan)
Qdansk. “PGE-Arena” stadionu
İSPANİYA: Kasilyas, Arbeloa, Ramos, Pike, Alba, Xavi, Buskets, Xabi Alonso, Silva, Fabreqas, İnyesta
İTALİYA: Buffon, Ciakkerini, Bonuççi, Kyellini, Macco, de Rossi, Markizio, Motta, Pirlo, Balotelli. Kassano
İRLANDİYA - XORVATİYA - 1:3
QOL: Ledjer, 19 - Mandjukiç, 3, 48, Yelaviç, 43
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Poznan. “Miyejski” stadionu
İRLANDİYA: Given. Oşi, Dann, Ledjer. Uord, Daff, Velan, Endryu, Makqidi, Lonq, Kin
XORVATİYA: Pietikoşa, Çorluka, Şildenfeld, Şimuniç, Striniç, Srna, Modriç, Rakitiç, Pranyiç, Mandjukiç, Yelaviç

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0