Londona 53-cü lisenziya
10.06.2012 - 09:07
Atletika üzrə Azərbaycan milli komandasının üzvü Hayle İbrahimov London Yay Olimpya Oyunlarına lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, idmançımız buna 5 min metr məsafəyə qaçışda nail olub. Fransanın Lill şəhərindəki beynəlxalq turnirdə məsafəni 13 dəqiqə 19 saniyəyə qaçan İbrahimov olimpİya normativini ödəyib. Bununla da o, Azərbaycanın olimpiadaya 53-cü lisenziyasını qazanıb.
Qeyd edək ki, bu millimizin atletika üzrə 4-cü lisenziyasıdır.
Qeyd edək ki, bu millimizin atletika üzrə 4-cü lisenziyasıdır.
0
0