Dünya Real Aykido Mərkəzinin rəhbəri Bakıda
11.06.2012 - 13:49
İyunun 13-də və 14-də Bakıda real aikido üzrə beynəlxalq seminar keçiriləcək. Apasport.az saytının məlumatına görə, seminar Dünya Real Aykido Mərkəzinin (World Centre of Real Aikido – www.wcra.rs) rəhbəri 10-cu dan qara kəmər ustası Lyubomir Vraçareviçin rəhbərliyi ilə ilə keçiriləcək. Hazırlıqlar, həmçinin onun assistentləri 5-ci dan qara kəmər ustası Sanya Vraçareviç və 4-cü dan qara kəmər ustası İqor Petroviç iştirakı ilə baş tutacaq.
Seminarın ilk günü fəndlər üzərində məşqlər keçiriləcək. Növbəti gün isə aykidoçularımız daha yüksək kəmərlər əldə etmək üçün imtahan verəcəklər.
Tədbir hər il olduğu kimi, Real Aykidonun Qafqaz regionu üzrə təmsilçisi 6-cı dan qara kəmər ustası Cahangir Əliyevin təşkilatçılığı ilə keçirilir. Seminara Gürcüstan, İran və Rusiya Federasiyasından (Dağıstan, Orenburq) nümayəndələri də dəvət olunublar.
Qeyd edək ki, tədbir Olimpiya Ehtiyat Məktəbində keçiriləcək.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0