Dik Advokat: Polşa yığmasının bəxti gətirdi
13.06.2012 - 08:32
“Hesab edirəm ki, Rusiya yığması Polşadan daha yaxşı oynadı. Bu, yaxşı oyun idi və biz qalib gəlməyə çalışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının baş məşqçisi Dik Advokat deyib. Avropa çempionatının final mərhələsinin 2-ci oyununda meydan sahibləri Polşa millisi ilə 1:1 hesablı bərabərliyə qalan ruslar qrup liderliyini qoruyur.
Advokat Varşavadakı oyunda rəqibin güclü azarkeş dəstəyindən faydalandığını düşünür: “Polşalıları 40 min azarkeş dəstəkləyirdi. Bu, böyük üstünlükdür. Qalib gəlmək əla olardı, ancaq buna nail ola bilmədik. Əgər Kuba belə qol vurursa, onda başqa hansısa futbolçunu oyunun ən yaxşısı saymaq çətindir. Hakimliyi siz də gördünüz. Bu haqda danışmağın mənası yoxdur”.
Polşalı həmkarına uğurlar arzulayan hollandiyalı mütəxəssisin sözlərinə görə, son turda Yunanıstanla matçda da qələbəyə oynamaları vacibdir: “İlk oyunda 4:1 hesabı ilə qalib gəldik, ancaq 2-ci matç tam başqa ssenari üzrə keçdi. Polşalıların bəxti gətirdi. Ruslar topla daha çox davranırdılar. Bizim çoxlu qol imkanlarımız vardı. Hər 2 komanda yaxşı oynadı. Biz hamımız yaxşı oynayırıq və bunu şənbə günü də göstərməliyik”.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0