Avropa çempionları üçün qarpız qonaqlığı
14.06.2012 - 15:35
İspaniya yığmasının futbolçuları üçün qarpız qonaqlığı təşkil olunub. Apasport.az saytının məlumatına görə, bu ölkənin məşhur AS qəzeti İrlandiya yığması ilə bugünkü matç öncəsi son Avropa çempionlarının sərəncamına 500-ə yaxın qarpız gətiriblər. Bununla da həmin qəzet millisini məsul oyun öncəsi bu şəkildə ruhlandırmağı qərara alıb. Qarpızlar İspaniya millisinin qərarlaşdığı Polşaya Mursiya şəhərindən gətirilib.
0
0