Maqnus Karlsen: Teymur Rəcəbov prinsipial variant seçməmişdi
14.06.2012 - 16:11
Norveçli qrossmeyster Maqnus Karlsen Moskvada keçirilən Mixail Talın xatirəsinə həsr olunmuş turnirin V turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbova qalib gəldiyi matçı şərh edib. Apasport.az saytının məlumatına görə, dünya reytinqində birinci olan şahmatçı həmyerlimizin düzgün taktika seçmədiyini bildirib.
Qara fiqurlarla Teymuru məğlub edən Karlsenin sözlərinə görə, oyun onun üçün kifayət qədər uğurlu alınıb: “Ağlar heç də ən prinsipial variantı seçməmişdi, vəzirləri dəyişəndən sonra üstünlük yalnız qaralarda ola bilər. Bu, hələ Kapablankanın vaxtından məlumdur. Onun bir sıra oyunlarında analoji struktur yaranmışdı və burada oyun prinsipi sadədir. Qaralar fiqurlarını bir-bir dəyişməyə davam edir, lakin hər dəfə piyadalarla mərkəzə doğru vururlar. Nəticədə bununla bacarmaq mümkün deyil”.
Qeyd edək ki, Karlsen qələbə sayəsində Rəcəbovla xallarının sayını bərabərləşdirib (3).

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0