Visente del Boske: Xoşbəxtlikdən bunun öhdəsindən gəldik
15.06.2012 - 09:32
”Əlbəttə, mən oyundan razı qaldım. Biz qalib gəldik və bu, ilk vəzifəmiz idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib. Avropa çempionatında ilk qələbəsini İrlandiya üzərində 4:0 hesabı ilə əldə edən ispanlar bununla da qrup lideri olub.
İspaniyalı çalışdırıcı bütün futbolçularına inandıqlarını bildirib: “Fabreqas ilk oyunda əsas heyətdə meydana çıxdı və qol vurdu. Bu gün də Torres bunu etdi. Bütün 23 futbolçumuz matçı yaxşı səviyyədə keçirə bilərlər. Bizə hücumçu lazımdır. Ancaq bu rolun öhdəsindən bir neçə nəfər gələ bilər. Bizə Xorvatiyanın Şimali İrlandiyaya vurduğu qoldan çox vurmaq lazım idi. Xoşbəxtlikdən bunun öhdəsindən gəldik”.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0