AVRO-2012-də qalmaqal: İtaliya yığmasına yenə “tələ qurulur”
15.06.2012 - 13:00
Polşa və Ukraynada davam edən Avropa çempionatında yeni qalmaqal yaranır. Apasport.az saytının məlumatına görə, bu turnirin 1, dünya çempionatının 4 dəfə qalib olan İtaliya yığmasına növbəti dəfə “tələ qurulduğu” müzakirə obyektinə çevrilib.
Məsələ ondadır ki, 2 oyundan sonra 2 xalı olan italyanların 1/4 finala çıxmaq şansları qalsa da, son turda İspaniya ilə Xorvatiya milliləri arasında matç 2:2 hesabı ilə nəticələnərsə, hər şey faydasız olacaq. Bu zaman İtaliya İrlandiyanı istənilən hesabla yensə belə, 5 xalı olan 3 yığmanın öz aralarındakı oyunların nəticəsi nəzərə alınacaq. İtalyanlar isə həm İspaniya, həm də Xorvatiya ilə 1:1 hesabı ilə bərabərliyə qaldığından, topların fərqinə görə 3-cü yerdə və deməli, qrupda qalacaq.
Buna görə narahat olan italiyalı azarkeşləri yaxşı başa düşmək olar. Axı bir dəfə - elə Avropa çempionatında bu, onların başına gəlib. Söhbət 2004-cü ildə Portuqaliyada keçirilən final mərhələsindən gedir ki, onda Skandinaviya təmsilçiləri – İsveçlə Danimarka təmsilçiləri sövdələşərək, son turda öz aralarındakı oyunda 2:2 hesablı bərabərliyə qalmaqla, italyanları qrupda saxladılar.
Ancaq İspaniya millisinin baş məşqçisi Visente del Boske yaxşı xatırlanan bu nəticəyə imza atmaq fikrində olmadıqlarını bildirib: “Təbii ki, biz Xorvatiyaya qalib gəlməyə çalışacağıq. Heç bir 2:2 hesablı bərabərliyə oynamayacağıq”.
İtaliya yığmasının sabiq baş məşqçisi, hazırda İrlandiya millisinin “sükanı arxası”nda C qrupunda onlara rəqib olan Covanni Trapattoni düzgünlüyə inanır: “Ümid edirəm ki, bu hadisələr keçmişdə qalıb və biz təmiz futbol görəcəyik. Ən yaxşısına inanıram”.
İtalyanların kapitanı olan qapıçı Canluicci Buffon isə rəqiblərinin oyununun 2:2 hesabı ilə nəticələnəcəyinə şübhə ilə yanaşdığını bildirib: “Məni belə şeylər narahat etmir. İnanıram ki, hamı idman prinsiplərinə əməl edir. Əgər İspaniya ilə Xorvatiya 2:2 hesablı heç-heçə etsələr, onda bütün dünyanı güldürəcəklər”.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0