“Çexiya Azərbaycandan 2 qol artıq vurub”
16.06.2012 - 15:42
“Gəlin düzünü danışaq. Bizim planlarımızda qrupdan çıxmaq var. Amma bunun üçün Polşa yığması heç nə etmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa futbolunun əfsanəsi Zbiqnev Bonek deyib.
O, vaxtilə şərəfini qoruduğu yığmanın AVRO-2012-dəki çıxışı ilə bağlı müsahibə verib. Futbol veteranı komandasının bu gün Çexiya yığması ilə keçirəcəyi oyundan da danışıb: “Yunanıstanla oyunda cəmi 45 dəqiqə oynadıq. Rusiya ilə matçda isə rəqib çox iddialı idi. İndi isə elə rəqiblə oynayacağıq ki... Çexiya seçmə mərhələdə cəmi 13 xal yığıb. AVRO-2012-nin final mərhələsinə çıxanlar arasında ən aşağı göstəricidir. Onlar seçmə mərhələdə cəmi 12 qol vurublar. Lap Moldova yığması qədər. Azərbaycandan da cəmi 2 qol artıq vurublar. Onların dahi hücumçusu Milan Baroş Türkiyə çempionatında bizim yığmada ehtiyatda qalan yarımmüdafiəçi Kamil Qrosiçkidən cəmi 1 top çox vurub. Hərçənd Baroş daha güclü komandada oynayır”.
Qeyd edək ki, Baroş “Qalatasaray”da 8, Qrosiçki “Sivasspor”da 7 qol vurub.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0