Millinin baş məşqçisi sövdələşəcəkləri ilə bağlı şübhəni təhqir sayır
17.06.2012 - 11:33
“Hesab edirəm ki, İspaniya ilə sövdələşməyimiz təhqiredici ehtimalıdır. Ona zəmanət verə bilərəm ki, futbolçularımın hamısı peşəkardırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç deyib. Avropa çempionatının final mərhələsində C qrupunda son turun oyunları xüsusilə diqqət mərkəzindədir. Məsələ ondadır ki, Xorvatiya və İspaniya yığmaları öz aralarında oyunda sövdələşərək, 2:2 hesablı bərabərliyə qalsalar, İtaliya qrupda qalacaq. Buna görə hiddətlənən Biliç isə bu haqda heç vaxt düşünmədiklərini belə söyləyib: “Mən əksini ehtimal edirəm – bu, mənim, futbolçularım və ölkəm üçün təhqirdir. Biz xorvatıq və bununla fəxr edirik. Mən indi İtaliyanın yerində olmağı heç istəməzdim. Onlara İrlandiyanı yenmək lazımdır və bu, yetərli olmaya bilər. Ümumiyyətlə, heç kim Avropa çempionatından getmək istəmir”.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0