“Milli komandanın baş məşqçi postunda qalmağı çox istəyirəm”
17.06.2012 - 14:08
“Fikrimcə, mən köməkçim Mario Tardelli ilə işimizi davam etdirməyə layiqik. Biz İrlandiya yığmasını 24 ildən sonra Avropa çempionatının final mərhələsinə çıxardıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İrlandiya yığmasının italiyalı baş məşqçisi Covanni Trapattoni deyib. Onun komandasının Avropa çempionatının qrupda qalacağı son tura qədər müəyyənləşdiyindən, İtaliya ilə sabahkı matçı formal xarakter daşıyacaq.
73 yaşlı Trapattoni daha çox gələcək taleyinə toxunub: “Mən fəxr edirəm ki, komandanı, futbolçuları bura gətirdim. Bu vəzifədə qalmağı çox istəyirəm. Növbəti mərhələyə çıxa bilməsək də, son turda heyətdə böyük dəyişiklər etməyəcəyəm. Biz hər şeyi dəyişməklə, növbəti mövsümə başlaya bilmərik. İtaliyada dərhal 4-5 futbolçunu heyətə daxil etmək olar, ancaq burada yox”.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0