4 illik həsrətə Azərbaycanda son qoydular - FOTO
19.06.2012 - 17:26
Azərbaycan yığmasının bolqar əsilli 2 ağır atleti – İvan Stoitsov (85 kq) və Veliçko Çolakov (+105) 4 illik fasilədən sonra yenidən körpücük üzərində qüvvəsini sınayıblar. Apasport.az saytının məlumatına görə, iyunun 8-də cəzası bitən milliləşdirilmiş legionerlərimiz Ağır Atletika Federasiyasının açıq kubokunda “tilsimi” qırıblar.
Stoitsov (85 kq) birdən qaldırmada 160 kq, təkanla qaldırmada 200 kq nəticə göstərib. 2004-cü il XXVIII Yay Afina Olimpiya Oyunlarının mükafatçısı Çolakov isə 2 hərəkətin cəmində 410 kq (190 kq +220 kq) çəkini ram edib.
Qeyd edək ki, yarışda yerli və xarici idmançılar mübarizə aparıb. Açıq kubokun qaliblərinə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0