Yığmamız Gürcüstana yollandı
20.06.2012 - 11:30
İyunun 22-23-də Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin şərəfinə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan yığması da iştirak edəcək.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında qonşu ölkəyə 15 pəhləvanımız yollanacaq. 2 gün davam edəcək yarışda Seymur Hüseynov (42 kq), Mikayıl Rəhmanov və Elçin Məmmədov (hər ikisi 46 kq), Seymur Əlizadə və Elnur Həsənov (hər ikisi 50 kq), İrac Həsənzadə (54 kq), Murad Məmmədov və Qurban Dərvişov (hər ikisi 58 kq), Ruhin Mikayilov (63 kq), Şəmistan Quluzadə, İlkin Əsgərov və Sadiq Bağırov (hər üçü 69 kq), Orxan Nuriyev, İslam Abbasov və Elməddin Ramazanov (hər üçü 76 kq) və Ramil Məmmədov (100 kq) qüvvəsini sınayacaq.
Həmyerlimiz Xanmirzə Məlikəliyev hakim kimi turnirin görüşlərinin idarə edilməsində iştirak edəcək.
Qeyd edək ki, bu ilin avqustunda yeniyetmə güləşçilərin Dünya birinciliyi Bakıda keçiriləcək.

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0