Eyni qrupdan finala çıxanlar
29.06.2012 - 11:20
AVRO-2012-nin qrup mərhələsinin püşkatmasından sonra qrupların gücü haqda müzakirələr başlamışdı. B qrupunu ən güclü, “Ölüm qrupu” adlandırıb, digər qrupları nisbətən zəif saymışdılar. Apasport.az saytının məlumatına görə, çempionatın gedişi göstərdi ki, ən güclü qrup C qrupudur.
Belə ki, finala məhz bu qrupun komandaları çıxdı. Xorvatiya və İrlandiyanı qrupda saxlayan İtaliya və İspaniyanın AVRO-2012-nin 2 ən güclüsü olması bunu deməyə əsas verir. Belə çıxır ki, püşkdə bəxti gətirməyən məhz İrlandiya və Xorvatiya olub. Onlar da Almaniya və Portuqaliya kimi yalnız və yalnız finalçılardan zəifdir.
Qrupda 1 dəfə qarşılaşan İtaliya ilə İspaniya çempionatdakı ilk matçlarında 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdilər. İyulun 1-də isə rəqiblər 3 həftədən sonra yenidən üz-üzə gələcək. Bu dəfə də bazar günü qarşılaşacaq komandalar Avropa çempionatları tarixində 4-cü belə hadisənin iştirakçısı olacaq.
Məsələ ondadır ki, qitə çempionatlarının final mərhələlərində bunadək yalnız 3 dəfə eyni qrupun komandaları finalda yenidən üz-üzə gəlmişdi. Maraqlıdır ki, 1988, 1996, 2004-cü illərdə də finalçılar eyni qrupda yer almaqdan başqa həm də ilk turda oynamışdılar. Elə indi olduğu kimi. Amma bu cütlərin heç birinin oyununda heç-heçə qeydə alınmamışdı.
1988. Hollandiya – SSRİ – 0:1, 2:0
1996. Almaniya – Çexiya – 2:0, 2:1
2004. Yunanıstan – Portuqaliya – 2:1, 1:0
2012. İspaniya – İtaliya – 1:1

- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
0
0