Kriştianu Ronaldo: Bulka almağa getdim, təyyarə mənsiz uçdu
29.06.2012 - 17:01
Portuqaliya milli komandası Polşa və Ukraynada keçirilən AVRO-2012-ni kuryoz hadisə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, çempionatı yarımfinalda uduzmaqla bitirən komanda Ukraynadan Lissabona Kriştianu Ronaldosuz uçub. Belə ki, Portuqaliyanın kapitanı Donetskdə qalıb.
Məsələ ondadır ki, Kriştianu onu vətənə aparmalı olan təyyarədən kənarda qalıb. Futbolçu özü bunu belə izah edib: “Səfərin təşkilatçısı məndən soruşdu ki, təyyarənin salonunun 5-ci zonasında, yəni sonunda əyləşməyə razısanmı? Həmişə ilk zonalarda, 1-ci, 2-ci, hətta 3-cüdə əyləşsəm də, bu dəfə 5-cidə olmaqla razılaşdım. Sonra kafeyə baş çəkdim. Bulka almağa getdim, təyyarə isə mənsiz uçdu. Bu ədalətsizlikdir”.

- Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
0
0