Məhəmməd Əliyə tac veriləcək
15.11.2012 - 00:48
Dekabrda Meksikanın kurort şəhərlərindən biri olan Kankunda şəhərində Ümumdünya Boks Şurasının (WSB) sayca 50-ci konqresi olacaq. Apasport.az saytının xəbərinə görə, konqresdə dünya şöhrətli əfsanəvi boksçu Məhəmməd Əli ilə bağlı təntənəli mərasim də təşkil ediləcək. Həmin mərasimdə Əlinin başına tac qoyulacaq və ona hökmdarlara məxsus olan əsa və çiyinlik veriləcək.
Tacqoyma mərasimindən sonra Məhəmməd Əli "Boks kralı" elan ediləcək. Mərasimdə WSB versiyası üzrə keçmiş və hazırki dünya çempionalarının, o cümlədən Vitali Kliçkonun iştirakı gözlənilir.
Qeyd edək ki, 70 yaşlı boksçu boks aləmində müstəsna xidmətlərinə görə fəxri ada layiq görülməklə yanaşı, həm də Karib hövzəsində səyahətə çıxacaq. Bu haqda məlumat verən WSB-nin prezidenti Xose Süleymanın sözlərinə görə, atasının yolunu davam etdirən qızı Leyla Əli ilə birlikdə Kankuna gedəcək Məhəmməd Əlinin ixtiyarına həmin şəhərdə iqamətgah və yaxta veriləcək.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0